Ermənistanın paytaxtı İrəvanda dövlət universitetinin kimya fakültəsində partlayış baş verib.
“Yeni Gundem” xəbər verir ki, polisdən verilən açıqlamada partlayışdan sonra binada yanğının başladığı və hadisə yerinə xilasedicilərin göndərildiyi bildirilib.
Bildirilib ki, hadisə yerində aparılan araşdırmalar zamanı 1 nəfərin meyiti aşkarlanıb, 3 nəfərin meyitində yanıq xəsarətləri yaranıb.
Ermənistan Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal