Unudulmuş “Namibiya” soyqırımıbackend

Fələstində törətdiyi cinayətlərə baxmayaraq, İsrail dövlətini müdafiə edən Almaniya, təxminən 100 il əvvəl Namibiyada tarixin ən qanlı soyqırımlarından birini həyata keçirib.

Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı açılan soyqırım işinə müdaxilə tələbindən sonra Namibiyalılar Almaniyanın soyqırım tarixini xatırladan açıqlamalar verib.

Tarixçilərin 20-ci əsrin ilk soyqırımı kimi qələmə verdiyi qətliam 1904-1908-ci illər arasında müstəmləkəçi alman qüvvələri tərəfindən Namibiyanın yerli Herero və Nama xalqlarına qarşı həyata keçirilib. Qırğından 100 il keçməsinə baxmayaraq, Almaniya hələ də yerli əhaliyə təzminat ödəməyib.

Torpaqlarını qəsb edən almanlara müqavimət göstərən xalqları hədəf alan soyqırımda ən azı 65 min Herero və 10 min Nama öldürüldü. Soyqırım nəticəsində Hereroslar əhalisinin ən azı 70 faizini, Namaslar isə əhalisinin ən azı 50 faizini itiriblər.

 Namibiya 100 ildən sonra soyqırımın tanınmasını tələb edir

Namibiya 1990-cı ildə müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkədə törətdiyi soyqırımın tanınması təşəbbüsü ilə çıxış edib.

2004-cü ildə vəhşiliyin 100-cü ildönümündə ölkədə soyqırımın tanınması üçün daha güclü səslər ucalmağa başlayıb.

 Həmin vaxt Namibiyaya səfər edən Almaniyanın İnkişafa Yardım Naziri Heidemarie Wieczorek-Zeul soyqırımı etiraf edib və üzr istəyib. 2011-ci ilə qədər davam edən danışıqlardan sonra Almaniya yerli xalqa məxsus 20 kəlləni geri qaytarıb. Təzminat ödəməkdən imtina edən Almaniya maliyyə yardımı edəcəyinə söz verib.

Herero və Nama liderləri, alman tarixçiləri və solçu siyasətçilər məsələni yenidən gündəmə gətirdiyi üçün Almaniya bir daha soyqırım tarixi ilə üzləşməli olub.

 Almaniya üzr istədi, təzminatı rədd etdi

Berlin hökuməti 2021-ci ildə Namibiyada törədilən cinayətləri soyqırım kimi tanısa da, təzminat ödəməyə razı olmayıb.

O zaman Almaniyanın xarici işlər naziri Heiko Maas verdiyi yazılı açıqlamada “Bu gündən etibarən bu hadisələri rəsmi olaraq soyqırım adlandıracağıq” demişdi.

Nazir Maas Namibiya ilə 5 ildir soyqırımla bağlı danışıqlar apardıqlarını ifadə edərək, “Almaniyanın tarixi və mənəvi məsuliyyəti ilə yanaşı, Namibiya və qurbanlardan bizi bağışlamalarını istəyəcəyik” deyə o, aşağıdakı ifadələrdən istifadə edib:

 Maas, həmçinin 30 il ərzində qurbanların nəvələrinə dəstək olmaq üçün 1,35 milyard dollar inkişaf yardımı göstərəcəyini vəd edib.

Dünya soyqırıma qarşı laqeyd qalıb.

Almaniya yəhudilərə qarşı HolokostuUnudulmuş “Namibiya” soyqırımı etiraf etməyə və düzəliş etməyə çalışsa da, 100 il əvvəl baş vermiş Namibiya soyqırımını tanımaq və etiraf etmək bir əsrdən çox vaxt aparıb.

 Tarixə “unudulmuş soyqırım” kimi düşən Namibiya qətliamı kifayət qədər lobbiçilik fəaliyyətləri olmadığı üçün uzun müddət milli və beynəlxalq gündəmə gətirilə bilmədi.

İsrailin Qəzzaya hücumlarını qınayan NTLA və OTA liderləri birgə bəyanatda, “Biz Nama və Ovaherero xalqı, İsrailin bu gün Fələstinə etdiyi kimi, Alman İmperiyası tərəfindən eyni soyqırıma məruz qaldıq” deyib.

Herero və Nama xalqlarının nümayəndələri də hökuməti Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) iddia qaldırmağa çağırıblar.

Mənbə: TrtHaber

Aynur Camal