Rusiyanın hücumları nəticəsində Ukraynada mülki vətəndaşların həlak olmasından narahat olan AB-nin yüksək səviyyəli rəsmisi Leyen Qəzzaya gəldikdə fərqli mövqe sərgiləyib. Avropa İttifaqı (Aİ) Qəzzada mülki əhalini hədəf alan hücumlarda İsrailin yanında olduğunu bəyan edib.
Aİ Şurasının prezidenti Çarlz Mişel deyib: “Biz bu dəhşətli anda İsrail xalqı ilə həmrəyyik” mesajını verib.
Digər dəstək isə AB Komissiyasının sədri Ursula fon der Leyendən gəlib. Leyen sosial media hesabındakı paylaşımında “İsrailin bu gün və gələcəkdə özünü müdafiə etmək hüququ var” deyib.
Avropa Birliyi olaraq İsrailin yanında olduqlarını ifadə edən Leyenin Qəzzada mülki vətəndaşları hədəf alan hücumlara məhəl qoymaması diqqətdən yayınmayıb.
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə bağlı etdiyi çıxışda Leyen Rusiya ordusunun Ukraynada mülki insanları hədəf aldığını bildirib. Leyen, mülki şəxslərə qarşı həssaslığını vurğuladığı çıxışında bunları söyləmişdi: Qış yaxınlaşdıqca kişiləri, qadınları və uşaqları sudan, işıqdan və istilikdən məhrum etmək məqsədi daşıyan hücumlar – bunlar terror aktlarıdır. Adını belə qoymalıyam. Nə qədər vaxt aparsa da, biz Ukraynanı dəstəkləyəcəyik.
Həmçinin Aİ-nin hücumlara məruz qalan Ukrayna və Qəzzalı mülki şəxslər arasında fərq qoyması reaksiyaya səbəb olub.
İstifadəçilər sosial şəbəkələrdə paylaşdıqları paylaşımlarda “Münafiq söz ustaları, ayıb olsun”, “Bu siyasətçilər ikiüzlüdür”, “Bu, sadəcə olaraq ikiüzlülük deyil, onların hər cür siması var” kimi ifadələr yer alıb.
İnsan haqları qrupları isə işğal altında olan əhalinin əsas ehtiyaclardan məhrum edilməsinin müharibə cinayəti olduğunu vurğulayıblar.
Mənbə: EnSonHaber
Aynur Camal