Ukraynanın Reinteqrasiya Nazirliyi Donetsk vilayətinin (Donetsk Xalq Respublikası, DXR) Kiyevin nəzarətində olan rayonlarından uşaqların məcburi təxliyə edildiyini açıqlayıb.
Onların Jitomir vilayətinə daşınması planlaşdırılır. Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsindən uşaqların zorla təxliyəsi qərara alınıb.
Departamentin mesajında qeyd olunur ki, “atəşlərə görə vəziyyətin kritik olaraq qaldığı Donetsk vilayətinin Baxmut və Pokrovski rayonlarının 8 yaşayış məntəqəsindən” 250-yə yaxın uşaq məcburi təxliyə edilir. Nazirliyin izah etdiyi kimi, bütün uşaqlar valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə soyuq havalar başlamazdan əvvəl çölə çıxarılacaq.
Xerson vilayətinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissəsinin hərbi administrasiyası Strana.ua nəşrinə bildirib ki, Dnepr çayının sağ sahilindəki 21 yaşayış məntəqəsindən azyaşlılar zorla köçürülməlidir. Bu bölgədən neçə uşağın Ukraynanın cəbhə xəttindən uzaq bölgələrinə təxliyə ediləcəyi açıqlanmır.
Xatırladaq ki, Avqust ayında Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin iki rayonundan – Vasilyevski və Poloqovski rayonlarından uşaqların məcburi təxliyəsi elan edilib. Oradan Ukrayna baş nazirinin müavini İrina Vereşçukun verdiyi məlumata görə, nəticədə 40-dan çox uşaq çıxarılıb.
Mənbə: mail.ru
Aynur Camal