Uşaqları soyuqdan qorumaq üçün işlənmiş paltarlar alırlarbackend

Qəzzada fələstinlilər uşaqlarını soyuqdan qorumaq üçün işlənmiş paltarlar alırlar.

Qəzza zolağında neylon çadırlarda “yeni həyatlarına” uyğunlaşmağa çalışan fələstinlilər soyuq qış günlərində uşaqlarını isinmək üçün işlənmiş paltarlar almağa məcbur olurlar.

İsrailin hücumlarından xilas olmaq üçün yanlarına heç nə götürmədən Qəzza zolağının müxtəlif yerlərindən cənub bölgələrinə köçürülən fələstinlilər havaların soyuması ilə çətin günlər yaşamağa başlayıb.

Fələstinlilər İsrail tərəfindən blokada altında olan bölgədəki sərhəd qapılarının bağlanması səbəbindən qidalanma, sığınacaq və geyim kimi bir çox əsas ehtiyaclarını qarşılaya bilmir.

Qəzza sakinləri qış aylarında soyuqdan qorunmaq üçün neylon talvarlarda qurulan “mağazalardan” ikinci əl paltar almağa çalışırlar.

İsrailin oktyabrın 7-dən bəri dağıdıcı hücumlarla hədəf aldığı bölgədə qalan bir neçə geyim mağazasında satılan yeni paltarlar, sərhəd qapılarının bağlanması nəticəsində tədarükün az olması və buna uyğun olaraq həddindən artıq artım səbəbiylə çoxlu müştəri tapa bilmir.

 “Başqa seçimimiz yoxdur”

Qəzzadakı evindən məcburi köçkün düşən və ölkənin cənubundakı Rəfah şəhərinə gələn Fələstinli qadın Asil əl-Hatib Anadolu agentliyinə deyib: “Qızım üçün ikinci əl yun sviter tapdım. Əslində onun üçün çox böyükdür amma işini görür. Əsas odur ki, qızımı qaldığımız çadırlarda isitsin” hava və seçim azlığı səbəbindən bu paltarları almalı oldum ki, uşaqlar soyuqdan ölməsin” deyib.

Qəzzanın şimalından gələn 39 yaşlı Rim Xələf “ailənin istifadə etdiyi paltarları geyinmək məcburiyyətində qalacağını heç düşünmədiyini” söyləyib.

Bu vəziyyətin sağlamlıqlarına da təsir edə biləcəyinə diqqət çəkən Halef, “İşlənmiş paltarların təmiz olmaması problemdir. Paltarları üzərində yığılan toz və mikroblardan necə təmizləyirik? Bu mikroblar uşalrda dəri və bəlkə də tənəffüs yolu xəstəliklərinə səbəb olur” deyib. Halef səhhətindəki narahatlıqlara baxmayaraq, 4 övladına yaraşacağını düşündüyü yun paltarlar aldığını ifadə edərək, xüsusilə gecələr havanın çox soyuq olduğunu, uşaqlarının üşüyəcəyindən narahat olduğunu qeyd edib.

 Neylon çadırlarda çətin yaşayış şəraiti

“Yağış yağanda çadırlar yaxşı dayanmır, tez-tez cırılır. Çadırların içi yağış suyu ilə dolur, əşyalar islanır. Ərzaq və içməli su çatışmazlığından məcburi köçkün düşənlər hələ də ac-susuzdur. Bir neçə gündən bir 10 litrə yaxın içməli suyu 3 şekelə alırıq” zərərçəkən vurğulayıb.

Fələstinli 12 yaşlı Velid Afane də ailəsinin dolanışığını təmin etmək üçün son bir aydır istifadə edilən ikinci əl paltarları satmağa başladığını bildirib.

Köçkün olmayan insanlardan münasib qiymətə ikinci əl paltarlar aldığını qeyd edən Afane ən çox marağın yeni doğulan körpələrin və iki yaşlı uşaqların paltarlarına olduğunu izah edib.

Mənbə: TrtHaber

Aynur Camal