ÜST Ağdamda – Fotolarbackend

ÜST münaqişədən zərər çəkmiş bölgələrdə missiyasını davam etdirir. Dünən missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, həmçinin, Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib.

Ziyarət edilmiş xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərər çəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.