ÜST-dən Covid-19-un alt variantı ilə bağlı yeni qərarbackend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19-un JN.1 variantının sürətlə yayılması səbəbindən ayrıca monitorinq edilməsinə qərar verib.

ÜST-nin mövzu ilə bağlı verdiyi açıqlamada, “JN.1 variantı, şimal yarımkürəsində qış mövsümünün başlaması ilə, JN.1 bir çox ölkədə tənəffüs yoluxucu infeksiyaların yükünü artıra bilər” xəbərdarlıq edib.

Açıqlamada ÜST-nin məlumatları daim izlədiyi və hazırkı Covid-19 peyvəndlərinin JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının səbəb olduğu ağır xəstəliklərdən və ölümlərdən qorunmağa davam etdiyi bildirilib.

Həmçinin yoluxma və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib.

Qeyd edək ki, JN.1 əvvəllər BA.2.86 alt törəmə variantlardan biri hesab olunurdu.

Mənbə: İLKHA

Aynur Camal