Üzeyir Mehdizadənin fanatı ona GƏRGİN ANLAR YAŞATDI – VİDEObackend

Ötən gün müğənni Üzeyir Mehdizadə restoranlardan birində çıxış edib.

Sənətçinin səhnəyə çıxdığı məkanda həyəcanlı anlar yaşanıb.

Belə ki Mehdizadənin fanatlarından biri anidən səhnəyə çıxaraq onu bərk-bərk qucaqlayıb və sevincdən ağlamağa başlayıb. Pərəstişkarının qəfil addımı Üzeyirə çətin anlar yaşadıb.

Sənətçinin fanatı ətrafdakı mühafizəçilər tərəfindən səhnədən endirilib.

Müğənninin pərəstişkarının bu görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub./Day.az