“Üzülməyənlərin ürəkləri daşdır”backend

Rusiya prezidenti Vladimir Putin Qəzzada dəhşət olduğunu ifadə edərək, “Uşaqlara ağrı və qan içində baxanda yumruqlarınızı sıxırsınız və gözləriniz yaşla dolur. İstənilən normal insan buna belə reaksiya verər. Əgər kimsə belə reaksiya vermir, onda onun ürəyi yoxdur, daşdır”- deyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Putin Rusiya Federasiyasının Mülki Palatası ilə paytaxt Moskvada keçirdiyi görüşdə gündəmdəki müxtəlif mövzularla bağlı açıqlamalar zamanı deyib.

Rusiya iqtisadiyyatının hər sahədə müstəqil və hakim olması lazım olduğunu vurğulayan Putin, “Rusiya iqtisadiyyatı həm ayaqda qalmaq, həm də irəliləmək üçün əsas sahələrdə özünü təmin etməlidir” deyib.

Rusiyanın artıq “yanacaqdoldurma məntəqəsi” olmayacağını bildirən Putin: “Bütün bunlar dəyişəndə, özümüzü təmin edəndə bizi bəzi ittifaqlardan kənarlaşdırmaq istəyənlərin sayı azalacaq. Üzr istəmək və Rusiyanı geniş fəaliyyət sahələrində birlikdə işləməyə dəvət etmək artacaq” deyə vurğulayıb.

Dağıstanda baş verənlərə görə ABŞ-ı günahkardır.

Putin Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının hava limanında İsraildən gələn təyyarə səbəbindən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən dava ilə bağlı da qiymətləndirmələr aparıb.

Dağıstandakı hadisələrin Rusiyada xaos yaratmaq istəyən dövlətlər tərəfindən təhrik edildiyini vurğulayan Putin: “Orada (Qəzzada) baş verən dəhşətlərə uyğun bir qığılcım yandırmaq asandır. Əzab çəkən, qan içində olan uşaqlara baxanda yumruqlarını sıxırsan, gözlərin yaşla dolur. İstənilən normal insan buna belə reaksiya verər. Əgər belə reaksiya vermirsə, deməli, ürəyi yoxdur, daş ürəyi var”.

Putin həmçinin vurğulayıb ki, Dağıstanda yaşayan insanlara hücum etməklə Fələstinə kömək etmək olmaz.

ABŞ-ın sanki yəhudiləri dəstəkləyirmiş kimi görünməyə çalışdığını açıqlayan Putin, “Digər tərəfdən Ukraynadakı agentlərinin əli ilə Rusiyada yəhudilərə qarşı qırğın təşkil etməyə çalışırlar. Bu, tamamilə inanılmaz biabırçılıqdır. Bu, bir növ təhrifdir” deyib.

Ukraynada baş verən proseslərdən danışan Putin Rusiyanın korrupsiya ilə bağlı problemlərinin olduğunu və bununla mübarizə apardığını, lakin Ukraynada korrupsiyanın həddən artıq yüksək olduğunu bildirib.

Ukraynada korrupsiyanın demək olar ki, qanuniləşdiyini iddia edən Putin, “ABŞ bu korrupsiyaya qarşı mübarizə aparır, lakin bunun heç bir faydası yoxdur və nəticə verməyəcək. İndi Ukraynada iqtisadi və siyasi elitanı dəyişməyi planlaşdırırlar”- deyib.

Ukraynaya verilən silahların da qara bazarda satıldığını bildirən Putin, “İndi deyirlər ki, Ukraynadan silahlar Yaxın Şərqə gedir. Satılan silahlar Taliban və oradan hər yerə gedirlər”- deyib.

Mənbə: TrtHaber

Aynur Camal