Üzümün bilinməyən faydalarıbackend

Üzümün bu faydasını heç kim bilmir! Əgər 21 gün ərzində istifadə etsəniz…

Kişmiş tərkibindəki zəngin minerallarla bir çox sağlamlıq faydalarının mənbəyidir. Hər səhər kişmiş suyu içməklə bu faydalar ikiqat artar. Bədən üçün nemət olan kişmiş suyunu 21 gün mütəmadi olaraq içmək bir çox sağlamlıq problemlərinin qarşısını alır.

Budur kişmiş suyunun bilinməyən faydaları…Üzüm təbii antioksidant tərkibi sayəsində sağlamlığımıza müsbət təsir göstərən meyvədir. Tərkibindəki antioksidantlar sayəsində bədəni sərbəst radikallardan qoruyur. Bu hüceyrə yaşlanmasını yavaşlatır və müxtəlif xəstəliklərin riskini azalda bilər.

Qaraciyər və böyrəklər bədəndən toksinləri təmizləyən və sağlam həyat üçün çox vacib olan orqanlardır. Lakin yanlış qidalanma vərdişləri və digər mənfi amillər bu orqanların fəaliyyətini məhdudlaşdıra bilər. Hər gün bir ovuc kişmiş istehlak etməklə yanaşı, kişmiş suyu içmək də sağlamlıq üçün əhəmiyyətli bir addım ola bilər. Üzüm qədər faydası olan suyunu 21 gün ərzində hər səhər içməyiniz çox vacibdir.

Evdə olan 400 qram kişmişi yaxşıca yuyun. Sonra bir qazana 4 stəkan su töküb qaynadın. Qaynar suya kişmiş əlavə edin. Mütəxəssislər bildirirlər ki, 21 ədəd kişmiş nəinki xolesterin səviyyəsini aşağı salır, həm də damar tıxanmasının qarşısını alaraq ürək xəstəlikləri ehtimalını azaldır.

Bu suyu bir gün buraxın. Süzdükdən sonra istədiyiniz vaxt içə bilərsiniz. Təbii antioksidan mənbəyi olan üzüm orqanizmi hər gün təmizləyir və immuniteti gücləndirir. Bədənin xəstəliklərə qarşı müqavimətini artırmaqla yanaşı, gənc hüceyrələrin sayını artırır və dərini daha parlaq və canlı göstərir. Mütəxəssislər trigliserid səviyyəsini azaltmaq üçün kişmiş suyunun istehlak edilməsi lazım olduğunu vurğulayırlar.

QEYD: Hər kəsin bədən quruluşu və sağlamlıq vəziyyəti fərqli olduğundan, yeni yemək vərdişinə başlamazdan əvvəl bir tibb işçisi ilə məsləhətləşmək vacibdir.

Mənbə: Ahaber

Aynur Camal