Uzun ömrün sirri Mariyadadırbackend

Alimlər uzun ömrün sirlərini anlamaq üçün hazırda dünyanın ən yaşlı insanı olan 116 yaşlı ispaniyalı Maria Branyasdan analiz nümunələri götürərək genetik araşdırmalara başlayıblar.Səhhətində yerimə və eşitmə çətinliyindən başqa heç bir problemi olmayan Branyas 1907-ci il martın 4-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub.

“Yeni Gundem” xəbər verir ki, uşaq ikən ailəsi ilə birlikdə İspaniyaya köçən Branyan Geronadakı qocalar evində yaşayır. İspan qripinə qalib gələn, İspaniya vətəndaş müharibəsinin şahidi olan və COVID-19-dan sağ çıxan Branyas sağlamlıq vəziyyəti və yaddaşının kəskinliyi ilə alimləri təəccübləndirir. Əvvəlki açıqlamasında Branyas ‘hər gün qatıq yediyini’ və ‘həddindən artıq konservant məhsullardan’ çəkindiyini söyləyib.

Heç bir ciddi xəstəliyi və əməliyyat keçirmədiyini deyən yaşlı qadın uzun ömür sürməyin sirlərini soruşanlara belə cavab verdi: “Nizam, əmin-amanlıq, ailə və dostlarla yaxşı münasibət, təbiətlə təmas, emosional sabitlik, bol nikbinlik və zəhərli insanlardan uzaq olmaq.” Lakin həkimlər ispan qadının genetik cəhətdən də şanslı olduğunu düşünürlər.

Mənbə: hurriyyət.tr

Aynur Camal