Bakı. 21 dekabr. YENİGUNDEM.AZ/ Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.
Belə ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.
Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.
Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
*** 14:10
Bakı. 21 dekabr. YENİGUNDEM,AZ/ Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.
“Yenigundem” xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb.
Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib.
Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə günorta saat 12 radələrində daxil olub.
*** 13:39
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.
“Yenigundem” xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.
Axtarışlara təlim görmüş itlər də cəlb edilib.