Van Dammın azərbaycanlı gəlininin Amerikadakı həyatı – FOTObackend

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə artıq bir müddətdir ki, Amerikaya köçüb.

“Yeni Gundem” axşam.az-a istinadən xəbər verir ki, pianoçu oradakı həyatı ilə bağlı müxtəlif paylaşımlar edib.

Suada Kristoferlə çəkiliş meydançasına getdiyi anları, Kaliforniyadakı həyatını instaqramdakı izləyiciləri ilə bölüşüb.

Suada həyat yoldaşı ilə olan şəklinə “Qəlbim ədəbi olaraq yalnız sənindir. Səni sevirəm” sözlərini yazıb.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.