Vanqanın 2023-cü il ilə bağlı ŞOK PROQNOZUbackend

Proqnozları hər zaman böyük maraqla qarşılanan Vanqanın 2023-cü illə bağlı dedikləri yenidən müzakirə mövzusu olub.

Vanqanın 2023-cü il üçün irəli sürdüyü daha bir dediyi proqnoz gerçəkləşir.

COVİD-19 epidemiyası, Şahzadə Diananın ölümü və ölməzdən əvvəl Çernobıl fəlakəti kimi hadisələrlə bağlı açıqlamalar verən Vanqa 2023-cü il üçün nüvə fəlakətini proqnozlaşdırıb.

Bu dəfə “New York Post” qəzetində Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı fikirləri yer alıb. Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Kahinin 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini vurğulayan qəzet onun “Asiyanın üzərinə çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib.

Vanqanın proqnozlarına əsasən, güclü dövlətlərdən birinin istifadə edəcəyi silah dünyanı təhlükəyə atacaq. Bu proqnozun yenidən gündəmə gəlməsinə səbəb isə Ukraynada partladılmış Kaxovka su elektrik stansiyası olub. “New York Post” qeyd edib ki, bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi./Azxeber.com