Vasif Talıbovun general yeznəsi danışdıbackend

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənən fikirlər isə absurddur”.

“Yeni Gundem” xəbərinə görə, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr  müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Yaş həddi ilə bağlı  hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib: “Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olmuş faktlara aidiyyatım yoxdur. Çünki, həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.