Əməkdar artist Vəfa Zeynalova (Rzayeva) bir neçə gün bundan əvvəl dünyasını dəyişən qardaşı barədə sosial şəbəkədə status yazıb.
“Yeni Gundem” xəbər verir ki, məşhur aktrisa qardaşı Gülhüseyn Zeynalovun vaxtsız ölümünə kədərlədiyini deyib.
“Yollarımız çox tez ayrıldı. Tək təsəllim getdiyin yerin buradan daha gözəl olmasıdır, qardaşım”,- deyə V. Zeynalova bildirib.
Qeyd edək ki, G. Zeynalov 1 ilə yaxındır ki, beyin xərçəngindən əziyyət çəkirdi.