Vegan etiketli məhsullar satılmadıbackend

Vegan elan edilən qidalara daha az üstünlük verilir

Araşdırmalara görə, bitki mənşəli məhsullara vegan olaraq etiketlənmədikdə daha çox insan tərəfindən üstünlük verilir. İstehlakçılar vegan məhsullarına qarşı deyil, vegan etiketlərinə qarşıdırlar.

Son araşdırmalara görə, müştərilərin yüzdə 20-si vegan və ya bitki mənşəli kimi etiketlənən qidalara üstünlük verir.

Eyni qidaların vegan etiketi silindikdə müştərilərin 44 faizi onlara üstünlük verir.

Ürək-damar xəstəlikləri, 2-ci tip diabet və xərçəng riskini azaltmaq istəyən insanlar ət və süd məhsullarının istehlakını məhdudlaşdıraraq, daha çox meyvə və tərəvəz istehlak edərək vegan pəhrizə üz tuturlar.

Bununla belə, son araşdırmalara görə, insanlar hələ də “vegan” kimi təsvir edilən qidaları istehlak etmək istəmirlər və alternativ adlandırmalara qarşı daha mülayimdirlər.

Əgər fərqli şəkildə bazara çıxarılarsa, daha çox insan sağlam pəhrizə keçə bilər, araşdırmalar göstərir.

Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan bir araşdırma, insanların “vegan” və ya “bitki əsaslı” olaraq xarakterizə edilən məhsullara münasibətinin “sağlam” və ya “davamlı” olaraq xarakterizə edilənlərə münasibətindəki fərqləri araşdırıb.

 Ümumilikdə 7341 adamın iştirak etdiyi araşdırmada insanlardan ət məhsulları olan səbətlə olmayan səbət arasında seçim etmələri istənilib.

Məlum olub ki, səbətdəki məhsullara davamlılıq və sağlamlıq faydalarından asılı olmayaraq vegan və ya bitki əsaslı kimi etiketləndikdə daha az üstünlük verilir.

İştirakçıların yalnız 20 faizi etiketində “vegan” olduğu bildirilən səbətə üstünlük verib. Məhsulun “sağlam” olduğu bildirildikdə isə bu göstərici 42 faizə yüksəlib.

Mənbə: Ntv.Tr

Aynur Camal