Vəkillər Kollegiyasının sədri Anar Bağırov Hüquq tələbəsinin səsinə səs verdi – FOTObackend

Zərdab rayonundan olan Lümunə Mirzəliyeva 2019-cu ildə yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Daim inkişafa, yeniliyə can atan, rayonumuzun fəal gənclərindən olan Lümunə xanım pandemiya ilə əlaqədar universitetlərdə tədrisin dayanması səbəbindən Zərdab rayon məhkəməsində praktiki biliklər əldə etməyə başlamış, bu sahədə könüllü olaraq vətəndaşlara xidmət göstərmişdir. Eyni zamanda, universitetdə də təhsilini unutmamış, imtahan sesiyasını da yüksək qiymətlərlə başa vurmuşdur.

19 yaşlı gənc xanım yaxın zamanlarda işıq üzü görəcək “Zərdablılar Vətən Uğrundan” kitabının həmmüəllifidir. Lümunə bir neçə gün öncə Facebook sosial şəbəkəsində paylaşım edərək vəkil yanında köməkçi kimi çalışmaq, Bakı şəhərində bu istiqamətdə praktiki biliklər əldə etmək, vəkillərlə birgə icraatlarda iştirak etmək arzusunda olduğunu bildirmişdir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquq tələbəsinin paylaşımına və istəyinə dərhal reksiya vermiş, onun bu arzusunun reallaşması üçün lazımi dəstəyi verəcəyini sosial platforma üstündən bildirmişdir. Həqiqətən də, Vəkillər Kollegiyası sədrinin bu qədər əlçatan olması, gənclərə dəstək verməsi cəmiyyətimiz üçün uğurlu nəticələrə səbəb olacaqdır. Anar müəllim kimi hər bir məmurdan belə tədqirəlayiq addımlar gözləyirik. Ümidvarıq ki, yaxın günlərdə Anar müəllim gənc hüquqşünası vəkillərin yanında təcrübə keçmək istəyini reallaşdıracaq və bunu sizlərə yenidən təqdim edəcəyik. Onun bugünkü dəstəyi Lümunə xanım üçün gələcək uğurların təməlini qoyacağına inanırıq. Bir daha Vəkillər Kollegiyasının sədri Anar Bağırova öz dərin minnətarlığımızı bildiririk!

Açıklama yok.
Açıklama yok.