Venesiyaya giriş haqqı açıqlandıbackend

İtaliyanın məşhur Venesiya şəhərində bir gün ərzində şəhərə gələn turistlərdən giriş haqqının yığılmasına imkan verəcək portal istifadəyə verilib. Giriş haqqı 5 avro müəyyən edilib.

İtaliyanın məşhur turizm məkanı olan Venesiya, gündəlik turist axınına nəzarət etmək üçün gündəlik ziyarətçilərdən ödəniş alınacağı portal açıb. Ziyarətçilər indi Venesiyaya gəlmək üçün rezervasiya edə bilərlər. Bu əməliyyat müqabilində gündəlik ziyarətçilərin smartfonlarına keçid sənədi olan QR kodu göndəriləcək və bu QR kodun şəhərdə təsadüfi yoxlamalar zamanı göstərilməsi lazım gələcək.

Şəhərə giriş haqqı 5 avro müəyyən edilib. Giriş haqqının ödənilmədiyi müəyyən olunarsa, 50-300 avro arasında inzibati cərimə tətbiq olunacaq.

Venesiya Bələdiyyəsinin hüdudları daxilindəki obyektlərdə qalanlar, Venesiyanın yerləşdiyi Veneto bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər, səyahət edən orta məktəb şagirdləri, təhlükəsizlik qüvvələri yanğınsöndürmə briqadaları isə giriş haqqını ödəməkdən azad ediləcək. Şəhər Şurasının qərarı ilə bu il məşğul olacağı gözlənilən və bəzi bayram günlərini əhatə edən giriş haqqı 29 ayrı gündə sınaqdan keçiriləcək. Bu çərçivədə giriş ödənişi ilk dəfə 25-30 aprel tarixləri arasında tətbiq olunacaq.

Bildirilir ki, giriş ödənişi tətbiq edilməsində məqsəd şəhərin həssas quruluşuna uyğun olaraq müəyyən dövrlərdə gündəlik turizmin qarşısını almaqdır. Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında giriş haqqının tətbiqi ilə bağlı qərarını dəstəkləyənlər olsa da, bəziləri bu qərarın Venesiyanın açıq səma altında muzeyə və ya giriş pulu ilə “oyun meydançası kimi bir şeyə” çevriləcəyinə münasibət bildirir. Kanallar üzərində qurulmuş quruluşu və tarixi teksturası ilə Venesiya hər il milyonlarla turisti qəbul edir.

Mənbə: TGRT

Aynur Camal