Vətən həsrəti: Qumuru Balakişiqızı yazır…backend

Özbəkistanda yaşayıb səni anıram

Azərbaycan mahnısına qullaq asıram

Səndən çox uzaqda nəfəs almaqdan

Vətənim mən sənsiz xəstə oluram.

Otuz üç ildən bəri səndən uzaqda

Gecədə gündüzdə ancaq çalışdım

Nə qədər başımı qatsamda yenə

Vətənim mən səni heç unutmadım.

Uca Qartalı yada salıram

Açılan lalələrə nəzər salıram

Bülbülün cəhcəhinə qulaq salıram

Vətənim mən sənsiz yaman soluram.

Vətəndən ayrılanın qəlbi sınıqdı

Söz deməyin sən Allah zorla durubdu

Özüdə bilmirki niyə dolubdur

Qərib ölkələrdə tez qocalıbdır.

Özüm solsamda izim qalacaq

Əgər yansamda külüm qalacaq

Bu yad torpağda öləcəyəmsə

Vətənim şerimdə izim qalacaq.

Mən sənsiz heç vaxt doyub gülmədim

Heç kimə dərdimi deyə bilmədim

Qəlbimdən mən səni silə bilmədim

Vətənim qədrini niyə bilmədim.


Vətənim sən mənə ana tək əziz

Hamıdan yaxınsan doğma övlad tək

Bir ovuc torpağı gözümə sürtüb

Nə qədər şirinsən duyuram indi.

Qumuru Balakişi qızı 

Özbəkistan