Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi DƏYİRMİ MASA KEÇİRDİ-FOTOLARbackend

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi DƏYİRİMİ MASA KEÇİRDİ Ötən gün “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı və özəl sektoru təmsil edən şirkət rəhbərlərinin iştirakı ilə şəhid ailələri və qazilərə diqqət və qayğının artırılması yönümündə “QHT ÖZƏL SEKTOR ƏMƏKDAŞLIĞI” mövzusunda dəyirmi masa keçirildi.

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, Birliyin idarə heyyətinin fəalları Məcid Məmmədov, Qalib Əliyev, ,Azər Səfərov çıxış edərək qeyd etdilər ki, Dövlət Başaçısı, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq QHT və iş adamları ilə bu cür xeyirxah məqsədli dəyirmi masa və tədbirlərin, birgə təşəbbüslərin mütəmadi olaraq keçirilməsinin vacibliyinə diqqət çəkərək, 44 günlük vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ailələrinin qayğı və problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etmək, eyni zamanda bu Qələbədə böyük xidmətlər göstərmiş, sağlamlığını itirmiş qazilərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar iş adamları ilə birgə əməkdaşlıq çərçivəsində onların işlə təmin edilməsi, sağalmlıqları üçün lazımi ictimai dəstək tədbirlərinin davamlı şəkildə keçiriliməsinin vacibliyindən danışdılar.

Dəyirmi masada “Həkəri Co LTD” şirkətinin rəhbəri Fərail Quliyev çıxış edərək bildirdi ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə iş adamlarının sıx, səmərəli əməkdaşlığının nəticəsində şəhid ailələri və qazilərlə bağlı belə xeyirxah niyyətli birgə təşəbbüslərin keçirilməsi olduqca vacibdir.

Şirkət rəhbəri çıxışında mövcud imkanlar çərçivəsində ölkəmizdə şəhid ailələri və qazilərə diqqət,dəstək,qayğı yönümündə VMƏKİB-lə birgə səmərəli əməkdaşlıq və işgüzar fəaliyyətə daima hazır olduqlarını bildirdi.