Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin açılışı zamanı Dövlət Himni mütləq ifa ediləcəkbackend

Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar artırılır.

“Yeni Gündəm” -in məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni mütləq ifa ediləcək.