Vətən müharibəsindəki qələbənin şərəfinə yeni kartof sortu yetişdirildibackend

Azərbaycanda daha bir yeni kartof sortu yetişdirilib.

“Yeni Gündəm” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

O, bildirib ki, yeni ixtira olunan kartof sortu artıq şəhadətnamə alınma ərəfəsindədir.

“Yeni sort “Qələbə”adlandırılıb. Kartof sortu Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin şərəfinə adlandırılıb. Bu sortun məhsuldarlığı əvvəlki kartof sortlarından yüksəkdir. Bununla yanaşı, “Qələbə” sortu, həmçinin digər kartof sortları ilə müqayisədə ziyanvericilərə qarşı daha dözümlüdür. Kartof sortu yerli şəraitə tam uyğunlaşdırılıb, artıq təcrübə üçün əkilib və normal nəticə verib”, – deyə direktor bildirib. (trend.az)