Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın ailələri və övladları üçün tədbir keçirildi – FOTObackend

İkinci Qarabağ müharibəsindəki Zəfərimizin ildönümü ilə əlaqədar Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın ailələri və övladları üçün xoşməramlı tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki,  restoranda şəhid ailələrini və qazilərimizi bir araya toplanıb.Tədbirdə 100-ə yaxın şəhid övladı, müharibə iştirakçısı iştirak edib. Restoranın sahibi Eldar Rəfiyev belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
“Şəhidlərimizin ailələri, övladları bizə əmanətdir. Onların ataları Vətən uğrunda canından keçdilər. Ali Baş Komandanımız şəhid ailələrini daima diqqətdə saxlayır. Biz də ictimaiyyət nümayəndələri olaraq onları hər zaman diqqətdə saxlayıb dəyər verməliyik. Belə tədbirləri daimi şəkildə keçirtməyi planlaşdırırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.