“Vətəndaşlarımıza silah paylamağa davam edəcəyik”backend

Netanyahu deyir ki, onlar israillilərə silah paylamağa davam edəcəklər.

İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən sonra sürətlənən israilliləri silahlandırmaqda davam edəcəklərini bəyan edib.

Netanyahu, çıxışında “Mənim rəhbərlik etdiyim hökumət vətəndaşlara silah paylanmasını genişləndirməyə davam edəcək” deyə vurğulayıb.

İfrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də israillilərə silah paylamağa davam edəcəklərini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal