Vəzifəli şəxslər Kanadadan qovuldubackend

Kanadanın Sərhəd Təhlükəsizliyi Agentliyinin sözçüsü Mariya Laduser İran hökumətinə bağlı yüksək vəzifəli şəxslərin ölkədən qovulması haqda bildirib ki, Kanada hökuməti İranla əlaqəsi olan 10 vəzifəli şəxsin ölkədən qovulmasına qərar verildiyini açıqlayıb.

O, İran hakimiyyətinə yaxın daha 9 şəxsin işinin araşdırılması üçün sənədlərin Qaçqınlar Komissiyasına göndərildiyini qeyd edib.

Məlumata görə, Kanadadan çıxarılmasına qərar verilən şəxslər arasında bundan öncə İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak etmiş Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının da adları var.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olan 141 nəfər barədə tədqiqat başladılıb.

Mənbə: Azad İran

Aynur Camal