Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada insanların mədələrini doyurmağa yemək tapa bilmədiyi vəziyyəti “çox faciəli” kimi qiymətləndirib.
BMT humanitar yardımın heç bir problem olmadan bölgəyə çatdırılması çağırışını təkrarlayıb. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağının şimalında əsas qida maddələrinin tapılmaması səbəbindən çox faciəvi vəziyyətin yarandığını bildirib. UNRWA-nın Qəzza Media Ofisinin direktor müavini İnas Həmdan açıqlamasında bildirib ki, ümumilikdə Qəzza zolağında, xüsusən də Qəzzanın şimalında və Şimali Qəzza valiliklərində vəziyyət fəlakətdən kənardadır.
“Un, düyü kimi əsas ərzaq məhsulları yoxdur. Orada yaşayanlar mədələrini doyuracaq qədər yemək tapa bilmirlər. Vəziyyət ən azı acınacaqlıdır”.
Həmdan bu bölgələrdə qida çatışmazlığının daha çox sağlamlıq problemlərinə səbəb olduğunu vurğulayıb.
İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Qəzza şəhərinə humanitar yardımın çatdırılmasının son dərəcə çətin və çətinləşdiyini qeyd edən Həmdan, bu məhdudiyyətlərə görə Qəzza və Şimali Qəzza əyalətlərindəki bir çox bölgəyə yardımın çatdırıla bilmədiyini bildirib.
Bu yaxınlarda UNRWA tərəfindən Qəzzanın şimalına göndərilən iki yardım konvoyunun cənuba dönərkən atəş açıldığını ifadə edən Həmdan, “Bu, qəbul edilə bilən bir vəziyyət deyil. Humanitar yardım qruplarının qorunması və kafi miqdarda yardıma çatma prosesi lazımdır. Bölgəyə humanitar yardımı asanlaşdırmaq lazımdır” deyib.
Qəzzada Səhiyyə Nazirliyindən əvvəlki açıqlamada İsrailin Qəzza şəhərinin cənubunda Küveyt qovşağında kömək gözləyən fələstinliləri hədəf alan hücumunda 20 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilmişdi. Şahidlər İsrail ordusunun top mərmiləri və pilotsuz uçuş aparatlarından (PUA) atəş açaraq fələstinliləri hədəfə aldığını bildiriblər.
Mənbə: TGRT
Aynur Camal