“Vəziyyət nəzarət altından çıxdı” – Putindən Dağlıq Qarabağ AÇIQLAMASIbackend

“Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağda müharibənin niyə məhz indi baş verməsi barədə suala cavabında bildirib.

V. Putin Dağlıq Qarabağ münaqişəsi zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb: “Vəziyyət nəzarət altından çıxdı. Gərginlik uzun illərdir davam edirdi. Bu, kənardan müdaxilə nəticəsində baş verməyib”.