“Vimay-Med” tibb mərkəzi barəsində protokol tərtib edilib.
“Yeni Gundem” xəbər verir ki, tibb mərkəzi İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Tibb mərkəzinin işinə 21 may tarixində Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.