Vladimir Putindən sürpriz Yaxın Şərq turubackend

Vladimir Putindən sürpriz Yaxın Şərq turu: O, BƏƏ və Səudiyyə Ərəbistanına gedəcək.

Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Yaxın Şərqə bir günlük səfər edəcək. Putinin bu gün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparacağı açıqlanıb. Rusiya lideri Vladimir Putin Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralından bəri Çin, İran və keçmiş Sovet ölkələrindən kənara səfər etməyib.

Barəsində həbs qərarı olan Putin Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıyan ölkələrə getməkdən yayınır.

Kreml bir günlük gözlənilməz səfər zamanı liderlərin neft qiymətlərini və İsraillə Həmas arasındakı müharibəni müzakirə edəcəklərini açıqlayıb.

 Hazırda Birləşmiş Ərəb Əmirliklərində KOP-28 iqlim sammiti keçirilir.

Bununla belə, Putinin iqlim sammiti ilə bağlı tədbirə qatılacağı gözlənilmir. Putin cümə axşamı Moskvada İran prezidenti İbrahim Rəisi qəbul edəcək.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal