VPN-lə bağlı əhaliyə müraciət edildi – ÇOX TƏHLÜKƏLİDİR!backend

Azərbaycanda ödənişsiz VPN (Virtual Private Network – Virtual Özəl Şəbəkə) xidmətləri istifadəçilərin şəxsi məlumatlarının satışı ilə gəlir əldə edir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə İnnovasiya Agentliyinin məlumatında deyilir:

“Ödənişsiz VPN-lərin 72 %-i sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar – hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər. Ödənişsiz VPN-lərin 38%-i zərərverici proqram daşıyıcısıdırlar”, – məlumatda bildirilir. Əlavə olaraq bildirilib ki, ödənişsiz VPN-lər üzərindən gələn trafik dəyişdirilərək istifadəçi cihazına istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur”.