Vulkan aktivləşməsindən sonra bəzi uçuşlar ləğv edildibackend

Meksikada Popocatepetl vulkanının aktivləşməsindən sonra bəzi aviaşirkət şirkətləri uçuşları təxirə salmalı olub.

CNN-in məlumatına görə, Meksikanın Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi, Popocatepetl vulkanının 77 dəfə kül püskürməsindən sonra lazımi tədbirlərin görülməsi üçün “ikinci səviyyə” həyəcan siqnalı verildiyini bildirib.

Duman və kül səbəbiylə bəzi aviaşirkətlər paytaxt Mexikodakı Benito Xuarez Beynəlxalq Hava Limanında uçuşları təxirə salıb.

Milli Mülki Müdafiə Koordinasiya İdarəsindən verilən açıqlamada vulkandan yağan tüstü və külün hələlik bölgəyə yaxın şəhərlərin sakinləri üçün heç bir risk olmadığı, lakin vulkanın fəaliyyətlərinin yaxından izlənəcəyi qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal