Vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatdıbackend

İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında baş verən partlayışdan sonra vulkan ətrafında axtarışlar davam edir.

Padanq Axtarış və Xilasetmə Agentliyindən verilən açıqlamada, vulkandan bir neçə metr aralıda daha 9 alpinistin cəsədinin tapılması ilə həlak olanların ümumi sayının 22-yə yüksəldiyi bildirilib.

Partlayışdan sonra ən azı 50 alpinist xilas edilərkən, itkin düşdüyü bildirilən 1 alpinistin hələ də tapılmadığı qeyd edilib.

 Marapi vulkanı bazar günü püskürəndən sonra 3 kilometr hündürlüyə kül və tüstü səpmişdi.

Sonuncu dəfə yanvar ayında aktivləşən Marapi vulkanı İndoneziyada fəaliyyət göstərən 127 vulkan arasındadır.

Mənbə: hurriyyət.tr

Aynur Camal