Vüqar Qaradağlının qaynına vəzifə verilirbackend

Ötən gün “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bldirib.

“Yeni Gündəm”-in məlumatına görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir.

Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Space” telekanalına rəhbər təyin olub.

Bizim.Media