Will Smith müsəlman oldu?backend

Məşhur aktyor Uill Smit “Kral Riçard” filmindəki performansına görə 94-cü Oskarda “Ən yaxşı kişi rolu” mükafatını qazandıqdan sonra qalmaqalla gündəmə gəlib. Oskarlı aktyor bir müddət əvvəl Qurani-Kərimlə bağlı açıqlamaları ilə diqqət çəkib. Ramazan ayında Quran oxuduğunu deyən Uill Smitin sözləri gündəmə gəlib.

Məşhur aktyor Uill Smit qatıldığı Oskar Mükafat mərasimində Kris Roka sillə vurması ilə gündəmə gəlib. Smit qalmaqallı hadisədən sonra mükafatını almaq üçün səhnəyə çıxıb. Məşhur aktyor göz yaşlarını saxlaya bilməyib və baş verənlərə görə üzr istəyib.

Will Smith açıqlama verərək, “Akademiyanın mənə olan etibarına xəyanət etdim. Mükafat alanları böyük işlərini qeyd etmək imkanından məhrum etdim” deyib.

O, həmçinin “Bu səbəbdən akademiyası tərk edib və idarə heyətinin uyğun hesab etdiyi digər cəzaları da qəbul edəcəyini” bildirib. Kino Sənəti və Elmləri Akademiyası Smitə 10 il müddətinə Oskar qalalarına və Akademiyanın digər tədbirlərinə qadağa qoyub.

Dünya şöhrətli aktyor və misirli jurnalist Amr Adeeb-in ‘Big Time Podcast’ proqramında qonaq olan Smith İslamla bağlı açıqlamaları ilə də diqqət çəkib. 55 yaşlı amerikalı aktyor Ramazan ayında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi başdan sona oxuduğunu açıqlayıb. QURAN çox aydındır”.

Will Smith Qurani-Kərimi başdan sona oxuduğunu bildirərək bu sözləri söylədi: Mən onun sadəliyini sevdim; Quran çox açıqdır; kristal təmiz. Anlaşılmazlıqlarla uzaqlaşmaq çətindir”.

Mənbə: Ahaber

Aynur Camal