X-in səsli və video zəng funksiyası IP ünvanlarını aşkar edirbackend

X bu yaxınlarda video və səsli zəng funksiyalarını elan edib. Lakin bu xüsusiyyət istifadəçilərin IP ünvanlarını aşkar edir. Bəs, bunun qarşısını almaq üçün nə etməliyik?

Bu həftənin əvvəlində X (keçmiş Twitter) səsli və video zənglərin artıq hər kəs üçün əlçatan olduğunu elan edib.

X bütün istifadəçilərə səsli və video zəng etmək imkanı təklif etdikdən sonra sistemin zəng edərkən hər bir istifadəçinin IP ünvanını göstərdiyi açıqlanıb.

 

 

 

 

 

 

 

 

Bu detal X-in rəsmi elanına İcma Qeydi olaraq əlavə edildi:

X-də zəngləri necə bloklamaq olar?

Müvafiq parametrlərə daxil olmaq üçün əvvəlcə smartfonunuzda X tətbiqini açın.

Birbaşa mesajlarınıza daxil olmaq üçün istifadə olunan zərf işarəsinə toxunun və ekranın yuxarısındakı parametrlər çarxına klikləyin.

İndi sizə bir sıra seçimlər təqdim olunacaq. “Səsli və video zəngini aktiv et” yazan qutunun işarəsini silməklə bütün video və səsli zəngləri birbaşa blok edə bilərsiniz.

Mənbə: TrtHaber

Aynur Camal