“Xaliq Faiqoğlu”nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb.
Dia-az.info xəbər verir ki, buna görə də daşıyıcı şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və iş hakim Rauf Daşdəmirovun icraatına verilib.
Daşıyıcı şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.