Xalq artisti Alim Qasımovun oğlu barədə müəmmalı açıqlamalarbackend

Xalq artisti Alim Qasımovun oğlu toyda olarkən orada dava düşməsi barədə xəbər yayılıb. “Yenigündəm.az” xəbər verir ki, əlbəyaxa olan qohumlarını ayırmağa cəhd göstərən Qadir Qasımov zərbələrə tuş gəlib və onun gözü bərk əzilib.

Xalq artisti Alim Qasımov da hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandırıb, baş verənləri danışıb, amma… Xanəndənin müxtəlif saytlara verdiyi müxtəlif açıqlamaları birmənalı qarşılanmayıb.

Alim Qasımovun dünən yenicag.az-a açıqlamasında oğlunun gözünə məftil dəydiyini deyib:

“Əminəvəsi niyə oğlumun gözünü çıxartsın ki… Gözü yalnız Allah çıxara bilər. Oğlumun gözünə məftil dəyib. Şükür salamatçılıqdır. Həkimə apardıq, dərman tökdü, indi evdədir. İş olanda olur da”.

Bu gün isə ölkə.az saytına oğlunun pilləkəndan yıxılaraq əzildiyini bildirib:

“Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çaydaşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb”.

“Bizimyol” saytına açıqlamasında isə hadisənin toyaxşamında baş verdiyini təsdiqləyib.

Maraqlıdır, xalq artistini bir gündə 3 fərqli açıqlama verməyə, daha doğrusu, yalan danışmağa nə məcbur edir?

Yenicag.az yenidən ustad sənətkarla əlaqə saxlayıb. A. Qasımovun bu dəfə cavabı belə olub:

“Mən dünən başqa yerdəydim, əsl həqiqəti bilmirdim. Qadirin gözünə məftil dəydiyi üçün zədələndiyini demişdim. Əslində, pilləkəndan yıxılıb. Belə də ki, hadisə olanda olur, nə dəxli var harda olub, niyə olub? Mən də bir dəfə getdiyim yerdə başıma daş düşdü. Kimsə getdiyi yerdə qəzaya düşür ölür, gündə min dənə hadisə baş verir, əsas odur ki, Qadir sağ-salamatdır”.