Azərbaycan Prezidenti İlham Əliyev Rəfiqə Axundova ilə bağlı sərəncam imzalayıb.
Yeni Gündəm xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Rəfiqə Hacı qızı Axundova “Şöhrət” ordeni ilə təltif edilib.
Xalq artisti Rəfiqə Axundova “Doğma xalqıma”, “Dədə Qorqud”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Yeddi gözəl”, “Bəyin oğurlanması”, “Bir qəlbin iki dastanı” və s. filmlərdə özünəməxsus, şux və milli rəqslər yaradıb.
Qeyd edək ki, baletmeyster, Xalq artisti R.Axundovanın 90 yaşı tamam olur.