Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.
“Yenigundem” xəbər verir ki, bu barədə əməkdar artist Rəhilə Bəndəliyeva məlumat verib.
O, ARB-nin efirində qonaq olarkən 84 yaşlı sənətçinin ürəyində problem yarandığını qeyd edib:
“Evə bir neçə dəfə təcili tibbi yardım çağırıblar. Həkimlər onun səhhəti barədə bu gün dəqiq cavab verəcəklər. O, nəfəs almaqda çətinlik çəkir”.