Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdırbackend

Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğallabarışmadı ərazi bütövlüyünü bərpa etmək üçünsarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevinrəhbərliyi dövründə yetişən, formalaşanvətənpərvər gənclər Vətəni qorumaq üçün hər cürfədakarlığa hazır olduqlarını dönə-dönə sübutetdilər.

Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüstxarici siyasətin yürüdülməsi, beynəlxalqtəşkilatlarla xarici dövlətlərlə fəal işinaparılması, sıx əlaqələrin qurulması, həyatakeçirilən regional enerji kommunikasiyalayihələri Azərbaycanın etibarlı tərəfdaş kimimövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunuartırdı, bölgədə Azərbaycanın iradəsi həllediciamilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsinitam şərtləndirdi onun əldə edilməsi zamanməsələsinə çevirdi.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Şanlı Qələbəmiz Azərbaycan xalqının  milli potensialının miqyasını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Azərbaycan beynəlxalq miqyasda söz sahibinə çevrilməsin də onun iqtisadi gücü də əhəmiyyətli rol oynayıb. Uğurlu enerji diplomatiyası Azərbaycanı Avropanın strateji tərəfdaşına çevirib. Ancaq Vətən müharibəsinin gedişində Ermənistan bu tərəfdaşlığın təhlükəli subyektinə çevrilmişdi. Onlar Ermənistanla dövlət sərhədimizdə bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdi. Bununla onlar həm də Avropa istehlakçılarını şantaj edirdi. Lakin onlara ciddi cavab verildi, Azərbaycan onların geriyə çəkilməsinə nail oldu. Bir məqama da toxunaq ki, Prezident İlham Əliyev ölkənin iqtisadi gücünü diplomatik müstəviyə yaxşı transformasiya edib, ölkəmizin ətrafında kifayət qədər beynəlxalq maraq toplayıb. 
Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. 

Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə, humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ermənistan yenə də, xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma, Azərbaycanın tələbi də ortadadır-Sülh təklifi masa üzərində daimi saxlanıla bilməz.

Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Hüseyin Azər – Əməkdar mədəniyyət işçisi