Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək.backend

Azərbaycanın tarix boyu başından qara duman əksik olmamışdır. Ən qədim zamanlardan ölkəmiz səbəbsiz yerə düşmənlər qazanmış, işğalçı yürüşləri məruz qalmışdır. Bunun əsas səbəblərindən biri ölkəmizin zəngin coğrafi, iqtisadi mövqeyi, münbit torpaqları, yerləşdiyi ərazi və zəngin sərvətləri idi. Bütün bunlar başqa işğalçı xalqları özünə çəkmişdir. Tarix boyu düşməni çox olan Azərbaycanın başına gələn ən böyük bəla şübhəsiz ki ermənistan kimi “qonşusunun” olması idi. Hələ I Pyotrun dövründə Azərbaycan sərhədlərinə, eləcə də öz torpaqlarımıza köçürülən mənfur düşmən ərazi iddialarına qalxırdı. Ermənilər elə o dövrdən sərhədlərimizə məqsədyönlü köçürülmüşdü.

Rusiya imperiyası dövründə onlara bir sıra imtiyazlar verildi. Zaman keçdikcə xalqımızın qonaqpərvərliyindən istifadə edib, çar Rusiyasına arxalanan ermənilər əhalimizə qarşı kin duymağa başlayır. Humanist xalqımız onları özlərindən ayırmadığı halda ermənilər içlərindəki xisləti gizləyə bilmədilər.

200 ildən artıq müddətdir ki, erməni-daşnak quldur birləşmələri Azərbaycan türklərinə qarşı qırğınlar törədir. Onlar o qədər acizdir ki, ordumuzun üstünə gedə bilməyib, Azərbaycan əsgərindən qorxub əliyalın əhaliyə, qadınlara, qocalara, uşaqlara divan tuturdular. 1905-1906 cı illərdə Bakı, İrəvan və Gəncədə qırğınlar törətmiş, çar Rusiyasından aldıqları silahlarla “Böyük Ermənistan” yaratmaq üçün fəaliyyətə başlamışdılar. Təbii ki “arzuları” ürəklərində qaldı. 1918 ci il martında Bakıda  eyni zamanda Lənkəran, Şamaxı, Quba və s ərazilərdə yerli əhalimizə divan tutdular.

İllər keçir və ermənilər yeni ərazi iddialarına qapılırlar. Yeni hədəfləri gözəlliklər diyarı Qarabağ olur. XX əsrin 90- cı illərində xain qonşumuz ermənilər dünyada misli görünməmiş vəhşiliklərə imza atdılar. Qoca, qadın, uşaq demədən xaincəsinə evlərə hücum etdilər. Silahsız əhalini güllədən keçirdilər. Ama qana susamış ermənilər dayanmadı. Günahsız şəkildə qətl edilən insanların cansız bədənlərinə hücum etdilər. Azərbaycanın görən gözü Qarabağı aldılar bizdən.  Təəssüflər olsun ki erməni lobbisinin inkişaf etdiyi ölkələr bu faciəni tanımaqdan imtina etdi. Ancaq sözdə nə qədər inkar etsələr belə  ermənilər də bilirdi o yerlər onların yurdu deyil və geci-tezi qovulacaqlar.

2020- ci ildə Ali Baş Komandanın əmri ilə ordumuz hücuma keçir və 30 illik həsrət başa çatır. Doğrudur, müharibə ölkəmizə asan başa gəlmədi. Minlərlə ocaq söndü, minlərlə igid oğul torpağı, yurdu üçün canından keçdi. Müharibədən onminlərlə leş verərək çıxan ermənilər yenə vaz keçmədilər. Qarabağı dünaya erməni torpağı kimi tanıtmağa davam edirlər. Ancaq unutduqları bir şey vardı: Yaşadıqları o ərazilər tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı o torpaqlara tam şəkildə qayıdıb, öz sərhədlərini bərpa edəcək.

Bunu son 2 ildə baş verən sübut edir.

Teymurlu Sevinc  – ADPU, Nəsimi rayon sakini