Xalqın nicatı “Ulu Öndər”backend

Ulu Öndər Heydər Əliyev Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və təkidi nəticəsində sədrliyi  milli dövlətçiliyimizdə yeni nəfəs olmuşdur.  Bu sessiyada gündəliyə çıxarılan məsələlər Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. 1991-ci il sentyabrın 3-də əhalinin təkidi ilə Heydər Əliyev Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur.

Heydər Əliyevin fəaliyyəti və qəbul etdiyi qərarlar müstəqillik tariximizin ən parlaq səhifəsidir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali  Məhkəməsi və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.

Məhz Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizin, xalqımızın rifahı üçün çalışmış və daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması yolunda tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür.

Heydər Əliyevin siyasəti xalqımızın qarşısında ən böyük xidmətlərdən biri olmuş, Azərbaycan dövlətçiliyin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı idi. 1990-cı il tarixi Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Bu dövrdə SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Heydər Əliyev çox uzaqgörən  tarixi bir şəxsiyyət olmuşdur, onun  hakimiyyət illəri, fəaliyyəti sayəsində ölkəmiz davamlı inkişaf etmişdir, xalqımızın həm sosial, həm də siyasi cəhətdən rifahı yaxşılaşmışdır. Xalqımız ən çətin zamanlarında Heydər Əliyevi özünə nicat yolu seçmiş, ona böyük inam bəsləmişdilər. Vəziyyətin çətinləşdiyi, müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı olan çətin şəraitdə Ulu Öndərin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail olmuşdur.

Üçrəngli bayrağın Dövlət bayrağı olması tarixi qərar idi. Heydər Əliyev sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması yolunda da işlər görmüş, aqrar islahatlar reallaşdırmışdır.

Xalqın nicatı olan Ulu Öndər  milli dəyərlərə sadiq vətəndaş olmuşdur. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

İsmayılova Aygün

Bakı Slavyan Universiteti