Xanhüseyn Kazımlının açıqlaması yenə gündəm oldubackend

Ötən ay deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasındakı çıxışı sosial şəbəkələrdə qalmaqala səbəb olmuşdu.

“Yeni Gundem” cebhe.info-ya istinadən xəbər verir ki, nitqi anlaşılmayan deputat hadisədən sonra vəziyyəti izah etmək üçün yaxın günlərdə mətbuat konfransı keçirəcəyini bildirmişdi. Lakin hadisədən təxminən 1 ay keçməsinə baxmayaraq, konfrans hələ də baş tutmayıb.

Məsələ ilə bağlı Cebhe.info-ya təkrar açıqlama verən deputat Xanhüseyn Kazımlı həyat yoldaşının Almaniyada müalicə olunduğunu və buna görə də işlərin planladığı kimi getmədiyini diqqətə çatdırıb:

“Yaxşı olar, yaxşı olar ki, bir mətbuat konfransı keçirək. Ondan sonra da bu işin yekununa qədəm qoyaq. İndi mən müalicədə oldum, yoldaşımı aparmışdım. Almaniyada müalicədə oldum. Ondan sonra da indi gəlmişəm Milli Məclisə, işlər gedir. Qayıdacam Milli Məclisə. Yaxşı olar ki, nə bilim, planı demək bir az düzgün çıxmır, amma bu günlərdə olacaq. Yaxın günlərdə…”