Xankəndidə yeni mərkəz: Ermənilər Azərbaycan dilini öyrənirlərbackend

Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub.

“Yeni Gündəm” xəbər verir ki, keçmiş erməni millət vəkili Karo Karapetyanın adını daşıyan mərkəz Karapetyanın xanımı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb.

İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək.

Məlumata əsasən, layihənin məqsədi təhsilli, “milli və dövlət” maraqlarından xəbərdar olan, həmçinin Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır.