Tehranda Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı və İran İslam Respublikasının xarici işlər nazirinin ev sahibliyi ilə 3+3 formatında xarici işlər nazirlərinin ilk iclası keçirilib.
İclasda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib: “Ümid edirik ki, növbəti görüşlərdə dost ölkə Gürcüstanın da iştirakının şahidi olacağıq”. O, həmçinin Qəzza xalqına başsağlığını bildirib.
Mənbə: Azad İran
Aynur Camal