“Xarici müharibələrdə Pentaqon da günahkardı”backend

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjorie Taylor Greene bildirib ki, ABŞ Ukraynadakı münaqişəyə Pentaqona görə cəlb olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Konqresmenin sözlərinə görə, Amerikanın müdafiə departamenti “xarici müharibələrlə məşğuldur və onlardan doymaq bilmir”, baxmayaraq ki, onun əsas missiyası müharibələrin qarşısını almaq və milli təhlükəsizlik maraqlarını qorumaqdır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın total müharibəyə meylliliyinə diqqət çəkib. O, izah edib ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostinin Ukraynaya Leopard tankları verməyə hazır olan ölkələrin sayının artırılması ilə bağlı bəyanatı sübut edir. Diplomat Ostin sözlərində “Vaşinqtonun Rusiya ilə “son ukraynalıya qədər” hərtərəfli hibrid müharibəyə obsesif diqqətini nümayiş etdirir”, – əlavə edib.

Mənbə: Lenta.Ru

Aynur Camal