Xarici şirkətə məxsus olan təyyarə Bakıda təcili eniş etdibackend

Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Yeni Gundem” xəbər verir ki,bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

Fərahim Rəhimov