Xərçəng hüceyrələrini məhv edirbackend

C vitamini ilə zəngin super qida!

Sağlamlıq sahəsində araşdırmaların mərkəzinə çevrilən təbii qidaların verdiyi faydalar elm dünyasını təəccübləndirməkdə davam edir. Son araşdırmalar, tərkibindəki C vitamini sayəsində xərçəngə qarşı təsirli qoruma təmin edə bilən bir meyvə növünün varlığını ortaya çıxarıb. Budur xərçəng hüceyrələrini məhv edən super qida…

Bu yaxınlarda aparılan bir araşdırma, zoğal meyvəsinin xərçənglə mübarizədə təsirli olduğunu ortaya qoydu. Bu meyvə antioksidantları, antiinflamatuar və antibakterial xüsusiyyətləri ilə tanınır.

Zoğal haqqında bilmədiyiniz şeylər…

Cornell Universitetində aparılan araşdırmada mərcanı ekstraktlarının döş xərçəngi hüceyrələrinə təsiri araşdırılıb və nəticələr təəccüblü olub.

Tədqiqatçılar zoğal ekstraktlarını insan döş xərçəngi hüceyrələri üzərində sınaqdan keçirdilər və xərçəng hüceyrələrinin əksəriyyətinin cəmi 4 saat ərzində yox olduğunu müşahidə etdilər.

Zoğal bir çox sağlamlıq faydaları ilə tanınan bir meyvədir:

-Zəngin antioksidant qaynağı olan zoğal tərkibindəki C vitamini, A vitamini və digər antioksidanlar sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur.

-Tərkibindəki vitamin və antioksidantlarla immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərə qarşı qoruyur.

-Qan təzyiqini aşağı salır, xolesterin səviyyəsini tarazlaşdırır və ürək-damar sağlamlığını dəstəkləyir.

-Sidik yolları infeksiyalarının qarşısını almağa kömək edir.

-Orqanizmdəki iltihabı azaldır və bəzi iltihablı vəziyyətləri aradan qaldırmağa kömək edir.

– Xərçənglə mübarizədə dəstək verir.

– Liflə zəngin olduğu üçün həzm sisteminin sağlamlığını dəstəkləyir.

Zoğal bu xüsusiyyətləri ilə sağlam həyat üçün əhəmiyyətli bir qida qaynağıdır.

Mənbə: Ahaber

Aynur Camal