Britaniyalı alim Conatan Kvok hesab edir ki, xərçəngin müalicəsi 2030-cu ilə qədər tapılacaq.
Tədqiqatçının sözlərinə görə, hazırda dünyada 10-a yaxın komanda bu təhlükəli xəstəliyə qarşı peyvənd üzərində çalışır və bu tədqiqat qruplarının problemin həllinə öz xüsusi, prinsipial olaraq fərqli yanaşmaları var.
Britaniyalı alimin fikrincə, yeni preparatın təsir mexanizmi elə olmalıdır ki, dərman metastazların əmələ gəlməsini dayandırmalı, xəstənin öz immun sisteminin yaxşılaşdırılmasını stimullaşdırmalıdır.
Kvok bildirib ki, hazırda bütün tədqiqatçılar işin təxminən ortasındadırlar, lakin onlar 2030-cu ilə qədər prosesi müsbət nəticə ilə başa vuracaqlar.
Qeyd edək ki, yeni peyvəndin sınaqları artıq siçanlar üzərində sınaqdan keçirilir və bu il ərzində insanların yeni anti-xərçəng vasitəsinin effektivliyinin yoxlanılmasında iştiraka cəlb edilməsi planlaşdırılır.
Oxu.az